Azərbaycan şahmatçıları "Abu Dhabi International Chess Festival"da

Xəbərlər
19 Avqust 2025 10:23
53
Azərbaycan şahmatçıları "Abu Dhabi International Chess Festival"da

BƏƏ-də 31-ci "Abu Dhabi International Chess Festival" şahmat turniri davam edir.

İdman.biz xəbər verir ki, "Masters" turnirində Azərbaycan şahmatçıları da çıxış edir.

4 turdan sonra Şiroğlan Talıbov 2,5 xalla 48-ci, Süleyman Süleymanlı 2,5 xalla 68-ci, Vüqar Manafov isə 2 xalla 74-cü mövqedə qərarlaşıblar.

Artyom Stribuk 4 xalla liderdir.

Qeyd edək ki, yarış avqustun 24-dək davam edəcək.

İdman.biz