Azərbaycan şahmatçıları "Fujairah Global 2025"də

Xəbərlər
11 Avqust 2025 00:04
157
Azərbaycan şahmatçıları "Fujairah Global 2025"də

BƏƏ-də ümumi mükafat fondu 125 min dollar olan "Fujairah Global 2025" beynəlxalq şahmat turniri keçirləcək.

İdman.biz xəbər verir ki, "Superstars" yarışında Azərbaycan təmsilçiləri Aydın Süleymanlı və Məhəmməd Muradlı çıxış edəcəklər.

Həmçinin "Masters" yarışında Read Səmədov, Xaqan Əhməd və Şiroğlan Talıbov, "Open"də isə Lalə Hüseynova, Məhəmməd Bağırov və Yaşar Şirinov qüvvələrini sınayacaqlar.

Avqustun 25-də start götürəcək turnir sentyabrın 1-də başa çatacaq.

İdman.biz

Məqalədə: