Azərbaycanlı şahmatçı Türkiyədə liderliyə yüksəlib

Xəbərlər
9 İyul 2025 11:46
38
Azərbaycanlı şahmatçı Türkiyədə liderliyə yüksəlib

Azərbaycan şahmatçısı Şiroğlan Talıbov Türkiyənin Dənizli şəhərində keçirilən beynəlxalq turnirə uğurla başlayıb.

İdman.biz xəbər verir ki, beynəlxalq usta ilk üç oyunda İtaliya, Türkiyə və Rusiyadan olan rəqiblərinə qalib gəlib.

O, üç xal toplayaraq vahid lider olub.

Digər şahmatçımız Misrətdin İskəndərov ondan yarım xal geri qalır.

Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən və doqquz turdan ibarət olacaq turnirdə ümumilikdə 82 şahmatçı çıxış edir.

İdman.biz