"Sheki Open" 300-dən çox şahmatçını bir araya gətirəcək

Xəbərlər
13 İyun 2025 14:14
38
"Sheki Open" 300-dən çox şahmatçını bir araya gətirəcək

Şəkidə “Sheki Open” Beynəlxalq Şahmat Festivalı keçiriləcək.

İdman.biz xəbər verir ki, yarışda 9 ölkədən 339 şahmatçı çıxış edəcək.

56 iştirakçı A turnirində, qalanları isə B yarışında mübarizə aparacaq.

A turnirinin reytinq favoriti azərbaycanlı qrossmeyster Eltac Səfərli, start siyahısında ikinci digər şahmatçımız Əhməd Əhmədzadə, üçüncüsü isə Vitali Bernadskidir (Ukrayna).

"Sheki Open" Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə keçirilən "Chess Tour Azerbaijan"ın bir mərhələsidir.

Qeyd edək ki, iyunun 18-də start götürəcək və İsveçrə sistemi üzrə doqquz turdan ibarət olacaq yarış iyunun 25-də başa çatacaq.

İdman.biz