Mahir Məmmədov yenidən Azərbaycan Şahmat Federasiyasının prezidenti seçilib - FOTO

Xəbərlər
2 İyun 2025 11:11
86
Mahir Məmmədov yenidən Azərbaycan Şahmat Federasiyasının prezidenti seçilib - FOTO

Azərbaycan Şahmat Federasiyasının (AŞF)növbəti Konfransı keçirilib.

İdman.biz xəbər verir ki, “Radisson Hotel”də təşkil olunan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Federasiyanın prezidenti Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov, tanınmış şahmatçılar iştirak edib.

Tədbir Dövlət Himninin səsləndirilməsi, Vətən uğrunda canından keçən şəhidlərin ruhunun yad edilməsi ilə başlayıb.

Gündəlikdə bir neçə məsələ yer alıb. Əvvəlcə qurumun fəaliyyəti barədə hesabat məruzəsi dinlənilib.

Ardınca AŞF prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçkilər keçirilib.

Federasiyanın hazırki prezidenti, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov yenidən AŞF prezident seçilib. Faiq Həsənov I vitse-prezident, Bəxtiyar Məmmədov və Yaqub Hüseynov vitse-prezident vəzifəsini icra edəcəklər.

Daha sonra AŞF-nin büdcəsi müzakirə olunub.

Hesabat dinlənildikdən sonra İcraiyyə Komitəsinə yeni üzvlər seçilib. Mahir Məmmədov, Faiq Həsənov, Sərxan Həşimov, Aynur Sofiyeva, Elnur Əliyev, Bəxtiyar Məmmədov və Yaqub Hüseynov İcraiyyə Komitəsində yer alacaqlar.

Aytac Sahəd
İdman.biz