Faiq Həsənov Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlarla görüşüb - FOTO

Xəbərlər
31 May 2025 16:14
60
Faiq Həsənov Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlarla görüşüb -  FOTO

Azərbaycan Şahmat Federasiyasının nümayəndələri Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulan Xəzər rayonunun Binə qəsəbəsində yerləşən “Ümid yeri” uşaq evində olublar.

İdman.biz xəbər verir ki, "1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə uşaqlarla görüşən Azərbaycan Şahmat Federasiyasının Birinci Vitse-prezidenti Faiq Həsənov onları bayram münasibətiylə təbrik edib.

Federasiya adından balacalara şahmata aid kitablar, eləcə də müxtəlif hədiyyələr təqdim olunub.

İdman.biz