İyunun 26-da Moskvada “Chess Stars 5.0” turnirinə start veriləcək.
İdman.biz xəbər verir ki, sürətli şahmat formatında keçiriləcək yarışda azərbaycanlı qrossmeyster Teymur Rəcəbov da iştirak edəcək.
Turnirdə, həmçinin Sergey Karyakin, Vladislav Artemyev (hər ikisi Rusiya), Raunak Sadhvani (Hindistan), Amin Tabatabai (İran), Hou Yifan (Çin), Bibisara Asaubayeva (Qazaxıstan), Aleksandr Qoryaçkin, Yekaterina Laqno və Valentina Qunina (hamısı Rusiya) çıxış edəcəklər.
Qeyd edək ki, Azərbaycan pavilyonunda təşkil olunan turnirin mükafat fondu 15 milyon rubldur (təxminən 315 min manat).
İdman.biz