Mirzoyev Kapablanka Memorialının liderləri arasında

Xəbərlər
14 May 2025 11:42
40
Mirzoyev Kapablanka Memorialının liderləri arasında

Kubanın Matansas şəhərində 3-cü dünya çempionu Xose Raul Kapablankanın xatirəsinə 58-ci Memorial turniri keçirilir.

İdman.biz xəbər verir ki, yarışda Azərbaycan şahmatçısı Azər Mirzoyev də çıxış edir.

O, Meksika və Kuba təmsilçilərinə qalib gələrək dörd turdan sonra 100%-lik nəticə nümayiş etdirib. Liderlər qrupuna daha iki qrossmeyster daxildir.

Turnirdə ümumilikdə 119 şahmatçı çıxış edir.

İdman.biz