İdman.biz xəbər verir ki, rapid növündə Azərbaycan qrossmeysterləri arasında ən yaxşı nəticə Şəhriyar Məmmədyarovdadır.
O, 21-ci (2701 xal), Teymur Rəcəbov 34-cü (2668), Eltac Səfərli isə 96-cı yerdədirlər (2616).
Rapid üzrə lider Maqnus Karlsendir (Norveç, 2819), daha sonra Dinq Liren (Çin, 2776) və Yan Nepomnyaşi (FIDE, 2758) gəlirlər.
Eyni zamanda, Məmmədyarov blitsdə 35-ci yerdədir (2680). İlk 100-lükdə daha üç şahmatçımız var: Rəcəbov 43-cü (2663), Rauf Məmmədov 65-ci (2637), Eltac Səfərli isə 76-cı mövqedədirlər(2627).
Karlsen blitsdə də liderdir (2883), Alireza Firuzca (Fransa, 2857) ikinci, Hikaru Nakamura (ABŞ, 2837)isə üçüncüdür.
İdman.biz