Bu gün Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadası başlayıb.
İdman.biz xəbər verir ki, ilk turda Azərbaycanın kişilərdən ibarət yığması İordaniya ilə qarşılaşıb.
Şahmatçılarımız 3,5:0,5 hesabı ilə qələbə qazanıblar. 3 lövhədə qələbə qazanan təmsilçilərimizdən yalnız Şəhriyar Məmmədyarov xalları yarıya bölüb.
Qadınlardan ibarət millimiz isə Nikaraqua ilə qarşılaşıb. Zəka sahiblərimiz ilk turu maksimum nəticə ilə başa vurublar. Hər 4 şahmatçımız qələbə qazanıb.
45-ci Şahmat Olimpiyadası
11 sentyabr
Kişilər
Azərbaycan - İordaniya - 3,5:0,5
Aydın Süleymanlı – Əl Hatib-Əhməd - 1:0
Nicat Abasov – Samir Loay - 1:0
Rauf Məmmədov – Malik Saef - 1:0
Şəhriyar Məmmədyarov – Anas Hvaira - 0,5:0,5
Qadınlar
Azərbaycan - Nikaraqua - 4:0
Ülviyyə Fətəliyeva – Mariya Qaranados - 1:0
Gövhər Beydullayeva – Kristiana Martines - 1:0
Xanım Balacayeva – Abigel Kabesas - 1:0
Gülnar Məmmədova – Aleksandra Munyos - 1:0
İdman.biz