Nicat Abasov yenə məğlub olub

Xəbərlər
19 Aprel 2024 09:02
140
Nicat Abasov yenə məğlub olub

Kanadanın Toronto şəhərində təşkil olunan şahmat üzrə İddiaçılar Turnirində XII turun oyunları keçirilib.

İdman.biz xəbər verir ki, Azərbaycan şahmatçısı Nicat Abasov Dommaradju Qukeşlə üz-üzə gəlib.

29 yaşlı təmsilçimiz ağ fiqurlarla oynayıb. Təmsilçimiz bu dəfə də məğlubiyyətə üzülüb.

İddiaçılar Turniri
XII tur, 18 aprel

Hikaru Nakamura – Alireza Firuzca – 1:0
Nicat Abasov – Dommaradju Qukeş – 0:1
Fabiano Karuana – Vidit Santoş Qujrati – 1:0
Yan Nepomnyaşi – Rameşbabu Praqnanandja – 0,5:0,5

Xal durumu: 1. Dommaradju Qukeş (Hindistan), 2. Hikaru Nakamura (ABŞ), Yan Nepomnyaşi (FİDE) – 7,5, 4. Fabiano Karuana (ABŞ) – 7, 5. Rameşbabu Praqnanandja (Hindistan) – 6,5, 6. Vidit Santoş Qujrati (Hindistan) – 5, 7. Alireza Firuzca (Fransa) – 4,5, 8. Nicat Abasov (Azərbaycan) – 3.

Qeyd edək ki, XIII turun matçları aprelin 20-də təşkil olunacaq.

İdman.biz

Məqalədə: