“Nicat Abasova qarşı oyun kifayət qədər çətin alındı, çoxlu gedişlər hesablamalı oldum”.
İdman.biz xəbər verir ki, bunu ABŞ-ı təmsil edən Fabiano Karuana Torontoda keçirilən İddiaçılar Turnirinin II turunda azərbaycanlı şahmatçı üzərində qələbəsini şərh edərkən deyib.
Yarışın reytinq favoriti Nicata qalib gəlməsində bəxt amilini önə çəkib: “Fikrimcə, Nicat oyunun sonunda “b3” gedişini səhv etdi və bununla da mövqeyi çökdü. Oyunun sonunda sadəcə, bəxtim gətirdi. Şahmatda bir səhv bağışlanılmazdır, oyun tamamilə sürüşür".
Qeyd edək ki, bu, Abasovun turnirdə ilk məğlubiyyəti olub.
Nicat Zəkiyev
İdman.biz
