Dünya çempionatında qalmaqal: partiyanın nəticəsi razılaşdırılıb

Xəbərlər
30 Dekabr 2023 00:14
115
Dünya çempionatında qalmaqal: partiyanın nəticəsi razılaşdırılıb

Səmərqənddə keçirilən blits üzrə dünya çempionatında qalmaqal yaşanıb.

İdman.biz xəbər verir ki, Danil Dubov – Yan Nepomnyaşiy partiyasının nəticəsinin əvvəlcədən razılaşdırıldığı təsdiq olunub.

11-cu turun oyunu 12-ci gedişdə heç-heçə başa çatıb. Partiyanın hakimi İvan Surovının fikrincə, şahmatçıların nəticəni əvvəlcədən razılaşıblar: “Partiyanı yoxlarkən, 12-ci gedişdə oyunun bitməsini gözlədim. Onlardan gedişlərin təsdiqini istədim. Tərəflər bunda heç bir problem olmadığını bildirdilər. Fikrimcə, hər iki şahmatçı partiyanın nəticəsini əvvəlcədən planlaşdırıb. Şahmatçıların gedişləri mənə belə deməyə əsas verir”.

Qeyd edək ki, hər iki şahmatçının nəticəsi ləğv olunub, onlar 0 xal alıblar. Həm Dubov, həm Nepomnyaşiy qərardan apelyasiya şikayəti veriblər.

İdman.biz