FİDE dünya çempionatının reytinq favoritini açıqlayıb – Məmmədyarov...

Xəbərlər
19 Dekabr 2023 17:03
428
FİDE dünya çempionatının reytinq favoritini açıqlayıb – Məmmədyarov...

FIDE dekabrın 26-30-da Səmərqənddə keçiriləcək rapid və blits üzrə dünya çempionatının ilk üç reytinq favoritinin adını açıqlayıb.

İdman.biz xəbər verir ki, hər iki növdə siyahıya dünya çempionu Maqnus Karlsen başçılıq edir.

Rapid üzrə Alireza Firuzca və Fabiano Karuana müvafiq olaraq ikinci-üçüncü yerləri bölüşürlər.

Blitsdə isə Yan Nepomnyaşi və Yan-Kşiştof Duda norveçlidən sonra ilk “üçlük”də qərarlaşıblar.

Qadınların rapid yarışında ilk üç reytinq favoriti çinlilərə məxsusdur: Yu Vençjun, Tan Jonqi və Tinqle Lei. Blitsdə Lei, Vençjun və Katerina Laqno “üçlük”dədirlər.

Qeyd edək ki, Azərbaycan şahmatçıları arasında Şəhriyar Məmmədyarov rapid üzrə reytinq cədvəlinin 13-cü, Günay Məmmədzadə isə blitsdə 15-ci sırasındadırlar.

İdman.biz