Teymur Rəcəbov “Şahmat ulduzları”nda ilk qələbəsini qazanıb

Xəbərlər
15 Dekabr 2023 23:54
172
Teymur Rəcəbov “Şahmat ulduzları”nda ilk qələbəsini qazanıb

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov “Şahmat ulduzları” turnirində ilk qələbəsini qazanıb.

İdman.biz xəbər verir ki, o, rapiddə Katerin Laqnonu məğlub edib.

Bu, Rəcəbovun turnirdə ilk qələbəsi olub. O, yarışın ikinci gününün digər iki oyunda xalları yarıya bölüb. Azərbaycanlı şahmatçı Raunak Sadvani və Aleksandr Qrişukla heç-heçə oynayıb. Teymur 6 turdan sonra 3 xal toplayıb.

Qeyd edək ki, beynəlxalq turnirə 5 xalla Vladislav Atemyev başılıq edir.

İdman.biz