“Vüqar Həşimov” Avropa Kubokunu ilk “onluq”da başa vurub

Xəbərlər
26 Oktyabr 2025 10:45
46
“Vüqar Həşimov” Avropa Kubokunu ilk “onluq”da başa vurub

Yunanıstanın Rodos adasında klublar arasında keçirilən şahmat üzrə Avropa Kubokuna yekun vurulub.

İdman.Biz xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən “Vüqar Həşimov” klubu turniri ilk “onluq”da başa vurub.

Son – yeddinci turda Rauf Məmmədov, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Reyid Səmədov, Vüqar Manafov, Xəzər Babazadə və Qazaxıstan şahmatçısı Noqerbek Qazıbəkdən ibarət komanda Çexiyanın “Novi Bor” klubuna 1,5:4,5 hesabı ilə uduzub. Turnirin yekununda “Vüqar Həşimov” komandası 10 xal toplayaraq 8-ci yeri tutub.

Heyətində azərbaycanlı şahmatçılar Şəhriyar Məmmədyarov və Xaqan Əhmədin yer aldığı Türkiyə klubları “Beyegan Pendik” və “Turkish Airlines” müvafiq olaraq 4-cü və 9-cu yerləri bölüşüblər.

Qadınlar arasında Serbiyanın “Sirmium Sremska Mitrovitsa” komandası (Gövhar Beydullayeva ilə) 2-ci, Rumıniyanın “SuperChess” klubu (Ülviyyə Fətəliyeva ilə) isə 4-cü olub.

Qeyd edək ki, Avropa Kuboku isveçrə sistemi üzrə keçirilib.

İdman.Biz