2023-cü ilin dünya çempionu, qazaxıstanlı boksçu Sanjar Taşkenbay etiraf edib ki, Dünya kubokunun yarımfinalında azərbaycanlı Sübhan Mamedova qarşı döyüş onun üçün əsl sınaq olub.
İdman.biz xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə hakimlərin yekdil qərarı ilə yekunlaşsa da, finala gedən yol asan olmayıb.
Taşkenbay rəqibinin güclü olmasından bəhs edib: "Belə rəqiblə döyüşmək asan deyildi - Avropa çempionu, hüdürboylu, uzun qollu. Məşqçilərin müəyyən etdiyi taktikaya ciddi əməl etməli idim. Hər şey yaxşı keçdi, amma mübarizə asan olmadı".
Qeyd edək ki, Azərbaycan boksçusu Sübhan Mamedov Astanada keçirilən boks üzrə Dünya kubokunda bürünc medal qazanıb.
İdman.biz