Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
Alfonso Dominges dünya yığmasının heyətində yarışacaq - VİDEO - İdman və Biz

Alfonso Dominges dünya yığmasının heyətində yarışacaq - VİDEO

Xəbərlər
25 İyun 2025 23:25
219
Alfonso Dominges dünya yığmasının heyətində yarışacaq - VİDEO

Boks üzrə Azərbaycan yığmasının üzvü Alfonso Dominges dünya yığmasının heyətində yer alacaq.

İdman.biz xəbər verir ki, Paris-2024 Olimpiadasının gümüş mükafatçısı Rusiya "Dinamo"suna qarşı görüşdə iştirak edəcək.

Dominges 82 kq çəki dərəcəsində Ramazan Dadayevlə üz-üzə gələcək. Görüş iyulun 4-də baş tutacaq. 8 çəki dərəcəsində qaliblər üç raundda bəlli olacaq.

Qeyd edək ki, dünya yığması ilə "Dinamo" arasındakı mübarizə "Malaxbekov turniri" çərçivəsində təşkil olunacaq.

İdman.biz