Azərbaycan Boks Federasiyası ilə Özbəkistanın Boks Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb - FOTO

Xəbərlər
19 May 2025 12:11
43
Azərbaycan Boks Federasiyası ilə Özbəkistanın Boks Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb - FOTO

Azərbaycan Boks Federasiyası ilə Özbəkistanın Bahadır Calolov adına İxtisaslaşmış Boks Akademiyası arasında əməkdaşlıqla bağlı Anlaşma Memorandumu imzalanıb.

İdman.biz xəbər verir ki, Memorandumu Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov və Akademiyanın direktoru Akbar Urazbayev imzalayıblar.

Əməkdaşlıqda tərəflər arasında təcrübə mübadiləsi, birgə təlim-məşq toplanışları və yarışlara hazırlıq nəzərdə tutulub.

İdman.biz