Taysonun növbəti döyüşünün anonsu verilib

16 Noyabr 2024 13:31
466
Taysonun növbəti döyüşünün anonsu verilib

“Mayk Tayson karyerasını hələ bitirmək istəmir”.

İdman.biz xəbər verir ki, bunu ağır çəkidə keçmiş mütləq dünya çempionu Mayk Taysonun nümayəndəsi bildirib.

Onun sözlərinə görə, əfsanəvi boksçu hələ də döyüşmək istəyir: “Tayson növbəti görüşünü 2025-ci ildə keçirə bilər. Rəqibin seçilməsi ilə bağlı məsələni daha sonra nəzərdən keçirəcəyik”.

58 yaşlı Taysonun hesabında 50 qələbə (44-ü nokautla) və 7 məğlubiyyət var.

Qeyd edək ki, dünya çempionu bu gün Ceyk Pola məğlub olub. 27 yaşlı bloger hakimlərin yekdil qərarı ilə qalib gəlib.

İdman.biz