Azərbaycanın gənclərdən ibarət boks millisi avqustun 11-də Serbiyanın Loznitsa şəhərində start götürəcək U-19 Avropa Çempionatında mübarizə aparacaq.
İdman.Biz xəbər verir ki, yığmanın heyətində müxtəlif çəki dərəcələrində 10 boksçu yer alıb.
Azərbaycanı 50 kq çəki dərəcəsində Əli Əliyev, 55 kq-da Nihat Qasımov, 60 kq-da Əli Baxışov, 65 kq-da Şahin Aslanov, 70 kq-da Rza Rzayev, 75 kq-da Adil Zalov, 80 kq-da Renat Qiyaslı, 85 kq-da Heydər Azməmmədov, 90 kq-da Zaur Səmədov, 90 kq-dan yuxarı çəkidə isə Səftar Məmmədzadə təmsil edəcək.
Loznitsada keçiriləcək qitə birinciliyinə avqustun 11-də start veriləcək.
