“Ölkə çempionatında çoxlu parlaq gənclər çıxış edir” - Vüqar Ələkbərovun İDMAN.BİZ-ə AÇIQLAMASI

Müsahibə
26 Yanvar 2026 12:57
142
“Ölkə çempionatında çoxlu parlaq gənclər çıxış edir” - Vüqar Ələkbərovun İDMAN.BİZ-ə AÇIQLAMASI

Milli komandanın liderlərinin iştirak etmədiyi boks üzrə Azərbaycan çempionatı artıq 1/4 final mərhələsinə qədəm qoyub.

Müxtəlif çəki dərəcələrində bir nömrəli boksçuların yoxluğunda turnir nə dərəcədə maraqlıdır və gənclər özlərini necə göstərirlər?

Bu sualla İdman.Biz 2000-ci il Olimpiya Oyunlarının bürünc mükafatçısı Vüqar Ələkbərova müraciət edib.

“Bir çox aparıcı boksçuların olmamasına baxmayaraq, çempionat kifayət qədər maraqlı keçir. Biz çoxlu sayda parlaq gənc boksçu görürük. 60 kiloqram çəki dərəcəsində 1/4 finalçıların siyahısına nəzər salmaq kifayətdir, burada onların yarıdan çoxu hələ dünənki gənclərdir. Məhəmmədəli Aşurəliyev, Məhəmmədəli Qasımzadə, Tağı Nəsibov - onlardan hər biri kifayət qədər təcrübəli Tayfur Əliyevə ciddi rəqabət apara bilər. Digər çəki dərəcələrində də istedadlı boksçular çoxdur, lakin hələlik uşaqların gözə gəlməməsi üçün ad çəkmək istəmirəm. Əminəm ki, final döyüşlərində özümüz üçün çoxlu yeni və maraqlı simalar kəşf edəcəyik”, - deyə Vüqar Ələkbərov bildirib.

İdman.Biz