Əfsanəvi boksçu Mayk Tayson qeyri-adi bir hərrac nəticəsində xeyli məbləğ qazanıb.
İdman.Biz xəbər verir ki, 59 yaşlı idmançı izləyicisinin onun “Instagram” səhifəsinə abunə olmağı qarşılığında 3 304 dollar (6278 manat) əldə edib.
Hərracı qazanan izləyici, M.Taysonu izləyən 300-cü abunəçi olub.
Qeyd edək ki, M.Taysonun 2026-cı ildə Floyd Meyvezerə qarşı nümayiş döyüşünə çıxacağı gözlənilir.
