Məğlubedilməz boksçu İnoue Pikassoya qalib gəlib

Xəbərlər
27 Dekabr 2025 19:19
51
Məğlubedilməz boksçu İnoue Pikassoya qalib gəlib

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki “Məhəmməd Abdo” arenasında 2025-ci ilin sonuncu böyük peşəkar boks yarışı olan “The Ring V: Night of the Samurai” keçirilib.

İdman.Biz bildirir ki, əsas qarşılaşmada ən yüngül çəkidə mütləq dünya çempionu Naoya İnoue meksikalı Alan David Pikassoya yekdil qərarla (119-109, 118-110, 117-111) qalib gəlib.

Bu, yapon boksçunun 2025-ci ildəki dördüncü döyüşü idi. Bu qələbə mütləq çempionun peşəkar karyerasının 32-ci qələbəsi olub. Yapon idmançı məğlubiyyətsizdir. Həmçinin bu, Pikassonun ilk məğlubiyyəti olub. Onun 32 qələbəsi və bir heç-heçəsi var.

İdman.Biz