“Boksçularımızın iki qızıl medalı da ola bilərdi” – Vaqif Kazımovun İDMAN.BİZ-ə AÇIQLAMASI

Müsahibə
20 Dekabr 2025 17:40
83
“Boksçularımızın iki qızıl medalı da ola bilərdi” – Vaqif Kazımovun İDMAN.BİZ-ə AÇIQLAMASI

Bu günlərdə Almaniyada başa çatan yeniyetmələr arasında boks üzrə Avropa çempionatında (U17) kişilərdən ibarət millimiz uğurlu çıxış edib.

Ölkəmizin bu növdə ən yaxşı mütəxəssislərindən biri, Azərbaycanın əməkdar məşqçisi Vaqif Kazımovun rəhbərlik etdiyi komandanın nəticələri ilə bağlı İdman.Biz baş məşqçidən şərh alıb.

“Neçə deyim… Açığı, hakimlərin boksçularımıza qarşı qərəzli münasibəti olmasaydı, qızıl medalların sayı daha çox ola bilərdi. Belə ki, Bədəlli İbrahim (54 kq) və Səftər Məmmədzadə (80 kq-dan yuxarı) çempion ola bilərdilər, amma nəticədə ümumiyyətlə medalsız qaldılar. Lakin mən bu uşaqların istedadına, çempionumuz – 46 kq çəki dərəcəsində qalib gələn Qardaş Rəhimovun istedadına inandığım qədər inanıram. Digər iki finalçı – Şahin Aslanov (60 kq) və Şükar Əliyev (75 kq) də layiqli çıxış etdilər, lakin finalda haqlı olaraq məğlub oldular. Sadəcə, rəqiblərindən bir qədər az inamlı idilər”, – deyə Vaqif Kazımov bildirib.

Baş məşqçi sözlərinə belə davam edib:

“Bu turnirin nəticələri göstərir ki, Azərbaycanda istedadlı boksçular olub və indi də var. Onların böyük gələcəyi ola bilər və bu, yalnız özlərindən asılıdır. Ona görə də əsas məsələ əldə olunanlarla kifayətlənməmək, gündən-günə öz üzərində işləmək və daim inkişaf etməkdir”, – deyə Vaqif Kazımov vurğulayıb.

İdman.Biz
Məqalədə: