56 yaşlı, beş çəki dərəcəsində keçmiş dünya çempionu, amerikalı boksçu Roy Cons UFC prezidenti Dana Uaytın boksa gəlişini mənfi qiymətləndirib.
İdman.Biz-in xəbərinə görə, o, bu barədə “Sports Illustrated” portalına danışıb.
“Bu, bir idman növü olaraq boks üçün çox pisdir, çünki Uayt və onunla eyni düşüncədə olan insanlar boksu bir növ qarışıq döyüş sənətinə çevirməyə çalışırlar. Boksun çox böyük tarixi var. Boks bu kəmərlərlə MMA nizamlı şəkildə formalaşmazdan çox-çox qabaq meydana gəlib.
Bunu boks olmaqdan çıxarsanız, onun tarixinin əhəmiyyətli bir hissəsini məhv etmiş olarsınız. Və mənim kimi bir çox insan bundan narazı qalacaq... Ona görə də mən bunu bəyənmirəm, yox... Düşünmürəm ki, Uayt boksun inkişafına müsbət təsir göstərəcək” – “Sports Illustrated” Consdan sitat gətirib.
