Aleksandr Usik artıq mütləq dünya çempionu deyil

Xəbərlər
18 Noyabr 2025 03:09
21
Aleksandr Usik artıq mütləq dünya çempionu deyil

Otuz səkkiz yaşlı ukraynalı boksçu Aleksandr Usik WBO ağır çəki titulundan imtina etmək qərarına gəlib.

İdman.Biz-in məlumatına görə, təşkilat bu barədə boksçunun komandasından rəsmi bildiriş aldıqdan sonra təşkilatın özü məlumat verib.

“WBO bu gün Aleksandr Usikin komandasından WBO ağır çəki çempionluğunun gələcəyi ilə bağlı rəsmi məlumat aldığını elan edir. Diqqətlə düşündükdən sonra Usik tituldan imtina etmək qərarına gəlib. Biz onun qərarını qəbul edirik və hörmətlə yanaşırıq”, - deyə mətbuat açıqlamasında bildirilib.

Usik peşəkar karyerasında ikinci dəfə ağır çəkidə mütləqz dünya çempionu olmaqdan çıxır. Bununla belə, ukraynalı boksçu divizionun ən yaxşı boksçularından biri statusunu qoruyaraq WBC, WBA, IBO, IBF və The Ring kəmərlərinə sahib olmağa davam edir.

İdman.Biz