Vüqar Ələkbərov: “Sidneydəki nəticələrimiz Heydər Əliyevi o qədər sevindirmişdi ki...”

Müsahibə
12 Dekabr 2023 11:55
619
Vüqar Ələkbərov: “Sidneydəki nəticələrimiz Heydər Əliyevi o qədər sevindirmişdi ki...”

“Ulu Öndər haqqında danışmaq nə qədər çətin olsa da, bir o qədər şərəflidir. Onunla bağlı çoxlu xatirələrimiz var”.

Bunu İdman.biz saytına veteran boksçu Vüqar Ələkbərov deyib.

Sidney-2000 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı bu gün anım günü qeyd olunan Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini danışıb. O bildirib ki, Ulu Öndər daim verdiyi məsləhətlərlə idmançılara yol göstərib: “Bunu Olimpiadalara yolasalma, qarşılama mərasimlərində, tədbirlərdə çox görmüşəm. Heydər Əliyevin mənim adımı maraqlı şəkildə səsləndirməsi heç vaxt qulağımdan getmir. Yolasalma mərasimlərində verdiyi tövsiyələr hər zaman bizə stimul olub”.

Ələkbərovun sözlərinə görə, Heydər Əliyev hər bir idmançının dostu olub, onlara daim diqqət və qayğı göstərib: “Sidney Yay Olimpiya Oyunlarında nəticələrimiz dahi şəxsiyyəti o qədər sevindirmişdi ki, hər birimizə dövlət ordeni və "Azərbaycan Hava Yolları" aviaşirkətindən ömürlük pulsuz istifadə etmək hədiyyəsi etdi. Heydər Əliyev həyatımızın dönüş nöqtəsi olub”.

Emin Ağa
İdman.biz