Yeniyetmə boksçularımız Avropa çempionatının hazırlığına başlayıb

Xəbərlər
28 Oktyabr 2025 17:44
41
Yeniyetmə boksçularımız Avropa çempionatının hazırlığına başlayıb

Azərbaycanın yeniyetmə oğlanlardan ibarət boks millisi təlim-məşq toplanışına başlayıb.

Bu barədə İdman.Biz-ə Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Bildirilib ki, hazırlıq Şamaxıda keçirilir. Toplanışa ölkənin ən güclü boksçuları cəlb olunublar. Məşqlərdə əsas diqqət fiziki hazırlığa yönəlib.

Vaqif Kazımovun baş məşqçisi olduğu milli Şamaxıda noyabrın 6-dək hazırlıq keçəcək. Komanda taktiki-texniki məşqləri Sumqayıtda davam etdirəcək.

Qeyd edək ki, toplanış Almaniyada keçiriləcək U-17 Avropa çempionatına hazırlıq xarakteri daşıyır.

İdman.Biz