Mayk Tayson niyə heç vaxt UFC-də döyüşməyəcəyini açıqlayıb

Xəbərlər
10 Oktyabr 2025 08:09
64
Mayk Tayson niyə heç vaxt UFC-də döyüşməyəcəyini açıqlayıb

59 yaşlı Beynəlxalq Boks Şöhrət Zalının üzvü və ağır çəkidə keçmiş dünya çempionu Mayk Tayson niyə UFC-də heç vaxt döyüşməyəcəyini izah edib.

İdman.Biz xəbər verir ki, Tayson “HardRockBet” sosial şəbəkəsində yerləşdirdiyi videoda bu barədə belə deyib: “Ən yaxşı beş UFC döyüşçüsünün aldığı pul, mənim qazancımla müqayisəyə belə gəlməz”.

Taysonun növbəti döyüşü Floyd Meyvezerə qarşı olacaq.

Taysonun son döyüşü 14 noyabr 2024-cü ildə amerikalı bloger və boksçu Ceyk Pola qarşı olub və o, hakimin qərarı ilə məğlub elan edilib. Floyd Meyvezer 2024-cü ilin avqustunda Con Qotti ilə döyüşüb. Döyüş səkkiz raund davam edib və nəticədə qalib elan edilməyib.

İdman.Biz