Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
Keçmiş dünya çempionunun oğlu asılmış vəziyyətdə tapılıb - İdman və Biz

Keçmiş dünya çempionunun oğlu asılmış vəziyyətdə tapılıb

Xəbərlər
9 Oktyabr 2025 03:14
31
Keçmiş dünya çempionunun oğlu asılmış vəziyyətdə tapılıb

İki çəkidə əfsanəvi keçmiş dünya çempionu, italyan əsilli kanadalı Arturo Qattinin eyniadlı oğlu Meksikanın paytaxtı Mexiko şəhərində 17 yaşında dünyasını dəyişib.

Bu barədə İdman.biz “World Boxing News”a istinadən məlumat verir.

Qattinin yaxın dostunun mühafizəçisi Çak Zitonun sözlərinə görə, oğul Arturo kirayə qaldığı mənzildə asılmış vəziyyətdə tapılıb.

Kiçik Qatti də boksda özünü sınayırdı. O, ilk dəfə altı yaşında məşq etməyə başlayıb və o vaxtdan həvəskar yarışlarda iştirak edib. Arturonun tezliklə peşəkar debüt edəcəyi gözlənilirdi.

Onun atası 2009-cu ildə oğlu və həyat yoldaşı ilə tətilə getdiyi Braziliyada faciəvi şəkildə ölüb. Ata Arturo da mənzildə ölü tapılıb. Müayinə zamanı onun intihar etdiyi məlum olub.

İdman.biz