Rusiya Federasiyasının əməkdar idman ustası İrina Sinetskaya 48 yaşında vəfat edib.
İdman.biz xəbər verir ki, bu barədə Rusiya Boks Federasiyasının mətbuat xidməti məlumat yayıb.
“İrina Sinetskayanın ölümü boks üçün böyük itkidir. Onun artıq aramızda olmaması ağır və acı bir hissdir. İrina Vladimirovnanın ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Onun xatirəsi həmişə bizimlə qalacaq”, – deyə açıqlamada bildirilir.
Qeyd edək ki, Sinetskaya üçqat dünya, beşqat Avropa və 11 dəfə Rusiya çempionu olub.