Milli Basketbol Assosiasiyasının (NBA) dördqat çempionu və Kaliforniyanın “Los-Anceles Leykers” klubunun hücumçusu, Lebron Ceyms idmandakı uzunömürlülüyünün sirrini açıb.
İdman.biz bildirir ki, Ceymsin hazırda 40 yaşı var və 22 ildir ki, NBA-da çıxış edir.
"Bütün bunlar maksimum yararlanmağa çalışdığım fədakarlığım və Tanrının xeyir-duası sayəsindədir. Mən özümü oyuna həsr etməyə davam edirəm, özümü aldatmıram və etdiyim işdə ən yaxşı olmaq üçün özümü təkmilləşdirməyə çalışıram", - basketbolçu bildirib.
İdman.biz