Sloveniya millisinin hücumameylli müdafiəçisi Klemen Prepeliç sloveniyalıların Almaniyaya uduzduğu "EuroBasket"in 1/4 final matçında hakimlərin işindən narazılığını bildirib.
İdman.biz bildirir ki, qarşılaşma 99:91 hesabı ilə almanların xeyrinə başa çatıb.
"Sizcə, "EuroBasket"in 1/4 finalında oynayan bir komandanın oyunun son iki dəqiqəsində 13 sərbəst atış etməsi normaldır? Mənim üçün bu anormaldır.
Xüsusilə də nəzərə alsaq ki, Donçiçə qarşı hər oyunda neçə qayda pozuntusu edilir. Hamısını sadalamaq olmaz, o, 100 sərbəst atış edə bilməz. Bundan əlavə, onların dəqiqədə səkkiz cərimələri var. Yekunda hesab 99:91 olub. 25 qayda pozuntusuna qarşı 37. Böyük fərqdir.
Biz dəyişiklik üçün çox şeyi edə bilmərik. Çoxları şikayətlənir və bütün bunlar insana təsir edir, lakin mən bütün komandamla fəxr edirəm”, - Prepeliç deyib.
İdman.biz