NTD-də növbəti amerikalı

Xəbərlər
10 Sentyabr 2025 12:26
45
NTD-də növbəti amerikalı

NTD ABŞ-dən olan daha bir basketbolçunu heyətinə qatıb.

İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komanda oyunqurucusu mövqeyində çıxış edən Andre Terell Makkini transfer edib. 24 yaşlı basketbolçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, NTD buna qədər Ladarius Marşalın və Kobi Montqomerinin transferlərini həyata keçirib.

İdman.biz