Skotti Pippenin keçmiş həyat yoldaşını NBA əfsanəsinin oğlu ilə nə bağlayır?

Xəbərlər
4 Sentyabr 2025 04:17
39
Skotti Pippenin keçmiş həyat yoldaşını NBA əfsanəsinin oğlu ilə nə bağlayır?

Milli Basketbol Assosiasiyasının (NBA) altıqat çempionu Skotti Pippenin keçmiş həyat yoldaşı Larsa Pippen Şöhrət Zalının üzvü, beşqat NBA çempionu Dennis Rodmanın oğlu, 24 yaşlı basketbolçu DJ Rodmanla münasibəti ilə bağlı şayiələrə cavab verib.

İdman.biz xəbər verir ki, Larsa sosial şəbəkədə şayiələri şərh edərək "hamısı yalandır" yazıb.

Xatırladaq ki, Larsa daha əvvəl NBA əfsanəsi Maykl Cordanın oğlu Markusla görüşüb. Ötən yaz cütlüyün ayrıldığı məlum olub.

Qeyd edək ki, Skotti, Cordan və Rodmanın "Çikaqo Bullz"da birlikdə çıxış ediblər. Larsanın hazırda 51 yaşı var.

İdman.biz