"Google" məşhur basketbolçu Stefen Karri ilə tərəfdaşlığa başlayıb.
İdman.biz xəbər verir ki, 37 yaşlı NBA ulduzu məhsuldarlıq üzrə ekspertlər komandasına rəhbərlik edəcək və "Google Health", "Google Pixel" və "Google Cloud" platformaları ilə əməkdaşlıq edəcək.
Şirkətin mətbuat açıqlamasında deyilir: "Texnologiyalardan öz məhsuldarlığını və sağlamlığını maksimum dərəcədə artırmaq üçün istifadə edən bir mütəxəssis kimi, Stefen bizə dünya səviyyəli bir idmançının unikal baxış bucağını təqdim edəcək və xidmətlərimizi, məhsullarımızı və alqoritmlərimizi təkmilləşdirməyə, eləcə də gələcək cihaz və texnologiyaları dizayn etməyə kömək edəcək".
İdman.biz