"Sabah" Litvaya yollanır

Xəbərlər
19 Avqust 2025 20:03
44
"Sabah" Litvaya yollanır

"Sabah" basketbol klubunun yeni mövsüm üçün hazırlıq planı bəlli olub.

İdman.biz xəbər verir ki, "bayquşlar" avqustun 24-də Litvaya yollanacaqlar.

Azərbaycan çempionu toplanış zamanı 6 yoxlama oyunu keçirəcək. Paytaxt təmsilçisi sınaq matçlarında Litvanın “Nevejis”, “Jalgiris”, “Neptunas”, “Litkabelis” “Qarqjday” və “Ritas” klubları ilə üz-üzə gələcək.

Təlim-məşq toplanışı Bristonas, Palanqa və Vilnüs şəhərlərində olacaq.

İdman.biz