Ələkbər Həsənov FIBA-nın bayrağı altında keçirilən yarışlarda sonuncu dəfə hakimlik edəcək

Xəbərlər
16 Avqust 2025 13:27
45
Ələkbər Həsənov FIBA-nın bayrağı altında keçirilən yarışlarda sonuncu dəfə hakimlik edəcək

Beynəlxalq dərəcəli hakim Ələkbər Həsənov FİBA-nın bayrağı altında keçirilən beynəlxalq yarışlarda son dəfə baş hakim kimi meydana çıxacaq.

İdman.biz xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.

O, Gürcüstanda təşkil olunan 16 yaşadək oğlanlar arasında Avropa Çempionatının Sloveniya və İtaliya yığmaları arasında 3-cü yer uğrunda keçiriləcək oyunu idarə edəcək.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

İdman.biz