Azərbaycanlı referi Avropa çempionatında yarımfinal oyununun baş hakimi olacaq - FOTO

Xəbərlər
15 Avqust 2025 10:53
53
Azərbaycanlı referi Avropa çempionatında yarımfinal oyununun baş hakimi olacaq - FOTO

Azərbaycanın beynəlxalq dərəcəli basketbol hakimi Ələkbər Həsənov Avropa çempionatında A divizionunun oyununa təyinat alıb.

İdman.biz Azərbaycan Basketbol Federasiyasına istinadən xəbər verir ki, o, 16 yaşadək oğlanlar arasında turnirin yarımfinal mərhələsinin Litva – İtaliya matçının baş hakimi olacaq.

Bu gün Gürcüstanda keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.

İdman.biz