Bu gün Gürcüstanda basketbol üzrə 16 yaşadək oğlanlar arasında Avropa çempionatının A divizionunda 1/4 final mərhələsi start götürəcək.
İdman.biz xəbər verir ki, beynəlxalq dərəcəli hakimimiz Ələkbər Həsənovun yarışın önəmli oyunlarından birini idarə edəcək.
O, Sloveniya – Latviya matçında baş hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 18:30-da baş tutacaq.
İdman.biz