Kişilərdən ibarət komandada qadın baş məşqçi - özü də 31 yaşında

Xəbərlər
20 İyul 2025 11:23
55
Kişilərdən ibarət komandada qadın baş məşqçi - özü də 31 yaşında

Yelena Todoroviç Braziliyanın kişilərdən ibarət “Fortaleza” basketbol komandasına baş məşqçi təyin olunub.

İdman.biz xəbər verir ki, 31 yaşlı serbiyalı mütəxəssis Yanis Adetokunbo, Petti Mills, Coş Giddi və Nik Kalates kimi basketbolçularla fərdi inkişaf üzrə məşqçi olaraq çalışması ilə tanınır.

O, həmçinin “Fənərbağça”nın kişilərdən ibarət komandasında və Yunanıstan milli komandasının məşqçilər heyətində çalışıb.

Qeyd edək ki, Todoroviç Braziliyada kişilərdən ibarət komandaya rəhbərlik edəcək ilk qadın məşqçi olacaq.

İdman.biz