“Sabah”ın məşqçisi: “Azərbaycan basketbolunu yüksək səviyyədə təmsil etdik”

Müsahibə
22 Noyabr 2023 23:20
252
“Sabah”ın məşqçisi: “Azərbaycan basketbolunu yüksək səviyyədə təmsil etdik”

"FIBA Avropa kubokunda çıxışımızı başa vurduq. İlk dəfə bu turnirdə mübarizə apardığımızı nəzər alsaq, düşünürəm ki, Azərbaycan basketbolunu yüksək səviyyədə təmsil etdik”.

İdman.biz xəbər verir ki, bunu “Sabah”ın məşqçisi Nikola Bozinovski deyib.

O, "Nimburk"a (Çexiya) 89:97 hesablı məğlubiyyətdən sonra Avropa kubokunda çıxışlarını dəyərləndirib. Bozinovski bildirib ki, bu il onlar üçün böyük təcrübə olub: “Növbəti mövsümdə avrokuboklarda iştirak hüququ qazansaq, daha uğurlu çıxış edə bilərik. Ehtiyat skamyamızda əsas oyunçularımızı əvəzləyə biləcək yüksək səviyyəli daha bir yerli basketbolçuya ehtiyacımız var ki, oyun ərzində rotasiya imkanlarımız genişlənsin".

Qeyd edək ki, D qrupunda yer alan “Sabah” 6 oyundan 1-də qələbə qazanıb və 3-cü yeri tutaraq avrokubokla vidalaşıb.

İdman.biz