16 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatı C divizionunda ikinci oyununu keçirib.
İdman.biz xəbər verir ki, Albaniyanın evsahibliyi etdiyi B qrupda yer alan komandımız bu dəfə Andorra basketbolçularına 42:52 hesabı ilə məğlub olublar.
Azərbaycanın U-16 millisi yarışın ilk oyununda San Marinoya 105:60 hesabı ilə qalib gəlmişdi.
Qeyd edək ki, komandamız iyulun 9-da Lüksemburq (19:00), 10-da isə Cəbəllütariq (23:30) basketbolçuları ilə qarşılaşacaq.
Avropa çempionatı, C divizionu
B qrupu, 2-ci tur
6 iyul
Andorra U-16 - Azərbaycan U-16 - 52:42 (18:3, 12:12, 9:5, 13:22)
İdman.biz