“Bakıya səyahətimiz çox uzun oldu. Gələndən dərhal sonra məşqə çıxdıq”.
İdman.biz xəbər verir ki, bunu FİBA Avropa Liqasında “Sabah”ın rəqibi olan Çexiyanın “Nimburk” klubun basketbolçusu Martin Krjij deyib.
D qrupunda lideri Bakıda Azərbaycan çempionu ilə görüşdə qələbəyə köklənib. Artıq paytaxtımızda olan Krjijin sözlərinə görə, hazırda ən böyük problemləri yuxu ilə bağlıdır: “Çexiya vaxtı ilə saat 21:00 olanda Bakıda artıq gecənin yarısıdır. Normal şəkildə yata bilmirik. İndi vaxt fərqinə uyğunlaşmaq və matça hazırlaşmaq üçün təxminən 40 saatımız var. Ancaq bu problemi aşmaq çətin olmayacaq. Biz heç nəyi gözdən qaçırmamalıyıq. “Sabah”ın liqa ilə bağlı əldə edəcəyi heç nə yoxdur. Bu səbəbdən də turnirlə mütləq yaxşı performansla vidalaşmaq istəyəcəklər. Amma matçın taleyini həll etmək özümüzdən, oyuna yanaşmamızdan aslı olacaq”.
Qeyd edək ki, “Sabah” “Nimburk” matçı noyabrın 22-də saat 19:00-da start götürəcək. Oyun Bakı İdman Sarayında keçiriləcək.
Emin Ağa
İdman.biz