NBA tarixinin ən güclü çempionları - FOTO

Xəbərlər
10 İyun 2025 10:00
40
NBA tarixinin ən güclü çempionları - FOTO

Milli Basketbol Assosiasiyası (NBA) üzrə ekspert Lev Akabas "Net Rating" adlı statistik göstəriciyə əsaslanaraq Şimali Amerika liqası tarixindəki ən güclü çempionların reytinqini dərc edib.

İdman.biz xəbər verir ki, "Net Rating" komandanın 100 hücumda qazandığı və buraxdığı xallar arasındakı fərqdir.

Reytinqdə birinci yeri 2001-ci ildə göstəricisi "+13.7" olan "Los-Anceles Leykers" tutub. İkinci və üçüncü yerləri isə, müvafiq olaraq, "Qolden Steyt Varriors" (2017 — “+13.5”) və "Miluoki Baks" (1971 — “+13.4”) komandaları tutublar.

İdman.biz