Endər Poladxanlı: “Mövsüm mənim üçün yaxşı yadda qalmadı”

Xəbərlər
17 May 2025 15:35
48
Endər Poladxanlı: “Mövsüm mənim üçün yaxşı yadda qalmadı”

"Biz öz gücümüzə əmin idik".

Bunu İdman.biz-ə "Sabah"ın basketbolçusu Endər Poladxanlı deyib.

O, Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümünü dəyərləndirib. Çempion komandanın kapitan bildirib ki, komandası mövsüm ərzində bir sıra çətinliklərlə üzləşib: "Tam istədiyimizi həyata keçirə bilmədik. Avrokuboklarda da zədə səbəbindən tam istədiyimiz kimi çıxış etmək alınmadı. Təəssüf ki, ölkə kubokunu da götürə bilmədik. Ancaq liqada qələbə qazanmağı bacardıq. Bunun üçün də çox xoşbəxtik. "Neftçi"ni də təbrik etmək istəyirəm. Çox gözəl filan seriyası alındı".

27 yaşlı basketbolçu mövsüm ərzində xeyli zədələr aldığını xatırladıb: "Şəxsi olaraq dəyərləndirsəm, mövsüm mənim üçün yaxşı yadda qalmadı. Demək olar ki, bütün mövsümü zədələrlə keçirdim".

Qeyd edək ki, Poladxanlı Azərbaycan millisinin də şərəfini qoruyur.

Aytac Sahəd
İdman.biz