Tunahan Aslantaş “Quba”ya gəlib

Xəbərlər
19 Fevral 2025 12:19
141
Tunahan Aslantaş “Quba”ya gəlib

“Quba” heyətini türkiyəli basketbolçu ilə gücləndirib.

İdman.biz xəbər verir ki, Şəhriyar Əsgərovun rəhbərlik etdiyi kollektiv Tunahan Aslantaşla anlaşıb.

O, mövsümün sonuna qədər komandaya kömək edəcək. 2003-cü il təvəllüdlü basketbolçu artıq bölgə klubunun düşərgəsinə qoşulub.

Aslantaş karyerası ərzində “Samsun İlkadım”, “Bossan”, “Xırdalan” və “Sərhədçi” klublarında oynayıb.

İdman.biz