“Şəki” liderliyə yüksəlib, “Sumqayıt”dan fərqli qələbə

Xəbərlər
15 Yanvar 2025 21:09
200
“Şəki” liderliyə yüksəlib, “Sumqayıt”dan fərqli qələbə

Bu gün Azərbaycan Basketbol Liqasında iki oyun keçirilib.

İdman.biz xəbər verir ki, IX turdan təxirə salınan matçlar B qrupunda baş tutub.

Şəkidə liderlik mübarizəsi gerçəkləşib. Şəhərin eyniadlı komandası və “Gəncə” 1-ci yerə yüksəlmək üçün mübarizə aparıb. Qonaqlar inamlı qələbə sayəsində liderliyi ələ alıblar.

Çempionatın autsayderi “Sumqayıt” isə “Quba” ilə görüşüb. Meydan sahibləri 36 xal fərqi ilə qalib gələrək, sonuncu pilləni tərk ediblər.

Azərbaycan Basketbol Liqası
IX tur
15 yanvar
B qrupu
14:00. “Şəki” - “Gəncə” - 72:66 (17:12, 18:23, 22:16, 15:15)

Şəki Olimpiya Kompleksi

19:00. “Sumqayıt” - “Quba” - 126:90 (28:20, 29:22, 34:28, 35:20)
Sumqayıt OİK

1

Şəki

10

8

2

976-825

18

2

Ordu

10

7

3

883-729

17

3

Gəncə

10

7

3

751-656

17

4

Quba

10

3

7

823-876

13

5

Sumqayıt

10

3

7

840-965

13

6

Lənkəran

10

2

8

731-924

12

Qeyd edək ki, oyunlar dekabrın 26-da Azərbaycanda matəm günü olduğu üçün təxirə salınmışdı.

İdman.biz