Daha bir yığma oyunçusu “Ordu”ya keçib

27 Sentyabr 2024 11:47
379
Daha bir yığma oyunçusu “Ordu”ya keçib

Yeni mövsümə hazırlaşan “Ordu” daha bir basketbolçunun keçidini rəsmiləşdirib.

İdman.biz xəbər verir ki, Əlibəy Məmmədli növbəti mövsümü debütantda keçirəcək.

Sonuncu klubu “Gəncə” olan gənc basketbolçu Azərbaycanın U-20 yığmasının da formasını geyinir. Boyu 190 sm olan oyunçu ilə 1 illik müqavilə bağlanılıb.

İdman.biz